...

Madrid prinsiplərinin qəbulu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün uyğun əsasdır - xarici işlər naziri Elmar Məmmədyarov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Aprel 2010 16:11 (UTC +04:00)
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeniləşdirilmiş Madrid prinsiplərini qəbul edib və münaqişənin həlli üçün bu, uyğun əsasdır. Trend-in məlumatına görə, bunu Romada İtaliyanın xarici işlər naziri Franko Frattini ilə görüşündə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Madrid prinsiplərinin qəbulu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün uyğun əsasdır - xarici işlər naziri Elmar Məmmədyarov

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeniləşdirilmiş Madrid prinsiplərini qəbul edib və münaqişənin həlli üçün bu, uyğun əsasdır. Trend-in məlumatına görə, bunu Romada İtaliyanın xarici işlər naziri Franko Frattini ilə görüşündə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Dağlıq Qarabağ münaqişəsi həll edilmədən regionda sülh və sabitlik qeyri-mümkündür. Münaqişənin həlli regionda qarşılıqlı əməkdaşlıq və anlaşmaya, regionun çiçəklənməsinə şərait yaradacaq", - Məmmədyarov deyib. Məlumatı cümə axşamı XİN-in mətbuat xidməti yayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Məsələyə münasibət bildirən italiyalı nazir Frattini azərbaycanlı həmkarı ilə razı olduğunu və ölkəsinin hazırkı danışıqlar prosesini dəstəklədiyini qeyd edib.

Frattini ölkəsinin Azərbaycanın birinci ticarət tərəfdaşı olduğundan razılığını qeyd edərək, bunun gələcəkdə də davam edəcəyinə əminliyini bildirib.

Enerji təhlükəsizliyi görüşdə əsas müzakirə mövzularından olub. Frattini Azərbaycanın Avropa enerji təhlükəsizliyində rolunu vurğulayıb.

Məmmədyarov həmkarına regionda cari və perspektivdə olan enerji layihələri barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti