...

Azərbaycanın hakim partiyası Prezident İlham Əliyevin MDB dövlət başçılarının sammitində iştirakdan imtinasını yüksək qiymətləndirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2010 11:43 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Prezident İlham Əliyevin MDB dövlət başçılarının bu gün keçirilən qeyri-rəsmi sammitində iştirakdan imtina etməsini yüksək qiymətləndirib.
Azərbaycanın hakim partiyası Prezident İlham Əliyevin MDB dövlət başçılarının sammitində iştirakdan imtinasını yüksək qiymətləndirib

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası Prezident İlham Əliyevin MDB dövlət başçılarının bu gün keçirilən qeyri-rəsmi sammitində iştirakdan imtina etməsini yüksək qiymətləndirib.

"Bu, Prezident tərəfindən atılan düzgün addım idi. Əsas səbəb Şuşanın işğalında iştirak edən adamların Ermənistanda rəhbərlik etməsi ilə bağlıdır", - Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov bildirib.

Trend-in arayışı: Mayın 8-də MDB dövlət başçılarının qeyri-rəsmi sammiti işinə başlayır.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 18 il ötür. 1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə başa çatan əməliyyat keçirib. Şəhərin kütləvi şəkildə artilleriya atəşinə tutulması mayın 8-də səhər saat 6-dək davam edib. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Hücum Rusiyanın əvvəldən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyi ilə həyata keçirilib.

Əhmədov hesab edir ki, Azərbaycan Prezidentinin bu addımı Ermənistan tərəfinə bir siqnaldır.

"Azərbaycan tərəfi bir daha sübut edir ki, Azərbaycan torpaqları işğaldan azad edilmədən, Ermənistanla hər hansı münasibətlərdən söhbət gedə bilməz. Bu isə o deməkdir ki, Qafqazda sülhə nail olmaq üçün mütləq Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır", - YAP rəsmisi əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti