...

Ermənistan özünü geosiyasi vakuuma salıb - politoloq Mübariz Əhmədoğlu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 May 2010 14:35 (UTC +04:00)
Azərbaycanın Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, Ermənistan özünü geosiyasi vakuuma salıb.
Ermənistan özünü geosiyasi vakuuma salıb - politoloq Mübariz Əhmədoğlu

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, Ermənistan özünü geosiyasi vakuuma salıb.

"Ən yaxın müttəfiqi saydığı İran Ermənistandan öz məqsədi üçün istifadə edir. Ermənistanın bu gün 4,5 milyar dollar borcu var. Azərbaycan sabah müharibəyə başlayarsa, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Ermənistandan borcunu tələb edəcək. Digər tərəfdən, dünya erməniləri dağılır, parçalanır. Azərbaycanda iqtisadi-siyasi sabitlik hökm sürür", - Trend-in məlumatına görə, bunu Əhmədoğlu cümə axşamı keçirdiyi mətbuat konfransında deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Politoloq Dağlıq Qarabağ münaqişəsində Ermənistanın qələbə çalmasının səbəblərini 4 faktorla bağlayıb.

"Dağlıq Qarabağ münaqişəsinin məqsədi SSRİ-ni dağıtmaq idi. Bütün Qərb münaqişənin yaranmasında Ermənistana kömək edirdi. Eyni zamanda, Ermənistanda baş vermiş Spitak zəlzələsi də Ermənistanın qələbəsinə şərait yaratdı. SSRİ-dən bu zəlzələ adı ilə Ermənistana 4 milyard rubl ayrılmışdı. Bu məbləğ Ermənistanın 2 illik büdcəsi qədər idi. Bu pul Dağlıq Qarabağ münaqişəsi üçün xərcləndi. ABŞ-dan zəlzələyə görə Ermənistana 5 milyard, digər ölkələrdən isə 27 milyon vəsait ayrılıb. Yerevan bütün dünya erməniləri üçün müqəddəs yer idi və erməni lobbisi də Ermənistana kömək edirdi", - Əhmədoğlu əlavə edib.

Xəbər lenti

Xəbər lenti