...

Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 May 2010 10:33 (UTC +04:00)
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən atəşkəsi pozub

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir K.Zərbalıyeva/

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, mayın 25-də saat 18:00-dan 18:10-dək Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxan Nəbi kəndində yerləşən mövqelərimizi; saat 19:05-dən 19:15-dək Ermənistanın İcevan rayonu Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi; saat 22:30-dan 22:50-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 22:35-dən 23:10-dək Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti