...

Dağlıq Qarabağda separatçıların "parlament seçkiləri" beynəlxalq ictimaiyyət tərəfindən tanınmır – Avropa Şurası

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 May 2010 15:12 (UTC +04:00)
Mayın 23-də Dağlıq Qarabağda keçirilən qondarma "parlament seçkiləri" beynəlxalq ictimaiyyət tərəfindən tanınmır, - Avropa Şurasının Nazirlər Komitəsindən verilən məlumatda deyilir.
Dağlıq Qarabağda separatçıların "parlament seçkiləri" beynəlxalq ictimaiyyət tərəfindən tanınmır – Avropa Şurası

Fransa, Strasburq, 26 may /Trend, müxbir А.Məhərrəmli/

Mayın 23-də Dağlıq Qarabağda keçirilən qondarma "parlament seçkiləri" beynəlxalq ictimaiyyət tərəfindən tanınmır, - Avropa Şurasının Nazirlər Komitəsindən verilən məlumatda deyilir.

Mayın 23-də separatçı rejim Dağlıq Qarabağda qondarma "parlament seçkiləri" keçirib. Bir çox beynəlxalq təşkilatlar, o cümlədən, Avropa İttifaqı bu seçkiləri tanımadıqlarını bəyan ediblər.

Avropa Şurası Nazirlər Komitəsinin sədrliyi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin səylərini bütünlüklə dəstəkləyir. Avropa Şurası, həmçinin, bütün maraqlı dairələri Ermənistan və Azərbaycanın AŞ-da götürdükləri öhdəliklərə uyğun olaraq, münaqişənin sülh yolu ilə həlli istiqamətində səyləri birləşdirməyə və fəal olmağa çağırır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti