...

Rumıniya Dağlıq Qarabağda keçirilmiş "parlament seçkiləri"ni tanımır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 May 2010 23:09 (UTC +04:00)
Rumıniya mayın 23-də Dağlıq Qarabağda təşkil olunmuş "parlament seçkiləri"nin legitimliyini tanımır, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin press-relizində deyilir.
Rumıniya Dağlıq Qarabağda keçirilmiş "parlament seçkiləri"ni tanımır

Azərbaycan, Bakı 26 may /Trend, müxbir R.Daraxşan/

Rumıniya mayın 23-də Dağlıq Qarabağda təşkil olunmuş "parlament seçkiləri"nin legitimliyini tanımır, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin press-relizində deyilir.

"Rumıniya Dağlıq Qarabağ bölgəsinin müstəqilliyinin tanınmamasına dair dəyişməz mövqeyini təsdiqləmək istəyir", press-relizdə deyilir

Rumıniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını dəstəklədiyini bir daha təsdiq edib və tərəfləri danışıqlar prosesinin tempini artırmağa çağırıb.

"Rumıniya tərəfi Dağlıq Qarabağ bölgəsinin gələcək statusunun müəyyənləşdirilməsi üzrə yeganə danışıqlar formatı olan ATƏT-in Minsk qrupunun fəaliyyətinə dəstək verdiyini bir daha təsdiqləmək istəyir", press-relizdə bildirilir.

Cənubi Qafqaz ölkələri arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti