Azərbaycan, Bakı, 7 iyun /Trend/
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, düşmən hərbçiləri iyunun 7-də saat 17:50-dən 18:35-dək Tərtər rayonunun Talış kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 23:30-dan 23:40-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.