...

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyun 2010 10:41 (UTC +04:00)
Düşmən hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, düşmən hərbçiləri iyunun 9-da saat 20:20-dən 20:25-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 22:20-dən 22:25-dək və 22:40-dan 22:55-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdən və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; iyunun 10-da saat 00:00-dan 00:50-dək Tərtər rayonunun Qızıloba və Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti