Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir M.Əliyev/ Ermənistan Silahlı Qüvvələri bir gündə iki istiqamətdə atəşkəs rejimini pozub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 14-də saat 19.45-dən 19.55-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.45-dən 20.50-dək, iyunun 15-də saat 02.05-dən 02.10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Ermənistan Silahlı Qüvvələri iki istiqamətdə atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələri bir gündə iki istiqamətdə atəşkəs rejimini pozub
