...

Bakı və Xəzəryanı yepiskopu Aleksandr Dağlıq Qarabağa səfəri ilə bağlı yayılan informasiyanı rəsmi şəkildə təkzib etmək niyyətindədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyun 2010 11:20 (UTC +04:00)
"Mən heç vaxt Dağlıq Qarabağda olmamışam, hər hansı kilsənin təməlqoyma mərasimində də iştirak etməmişəm. Hazırda mən Mahaçqaladayam", - bu barədə şənbə günü Trend-ə Aleksandr Dağlıq Qarabağa səfər etməsi ilə bağlı Rusiya KİV-lərində yayılan informasiyanı təkzib edərək bildirib.
Bakı və Xəzəryanı yepiskopu Aleksandr Dağlıq Qarabağa səfəri ilə bağlı yayılan informasiyanı rəsmi şəkildə təkzib etmək niyyətindədir

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir S.Ağayeva/

Bakı və Xəzəryanı yepiskopu Aleksandr Dağlıq Qarabağa səfəri ilə bağlı yayılan informasiyanı rəsmi şəkildə təkzib etmək niyyətindədir.

"Mən heç vaxt Dağlıq Qarabağda olmamışam, hər hansı kilsənin təməlqoyma mərasimində də iştirak etməmişəm. Hazırda mən Mahaçqaladayam", - bu barədə şənbə günü Trend-ə Aleksandr Dağlıq Qarabağa səfər etməsi ilə bağlı Rusiya KİV-lərində yayılan informasiyanı təkzib edərək bildirib.

Cümə günü Azərbaycanın işğal olunmuş ərazilərində rus pravoslav kiləsinin təməlqoyma mərasimi keçirilib. Bakı və Xəzəryanı yepiskopu Aleksandr kilsənin tikiləcəyi yerə özül daşı və itaət etmək üçün xaç qoyub. Məlumatı İnterfaks agentliyi yayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti