...

Ermənistan silahlı qüvvələrinin bölmələri beş istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyun 2010 09:54 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri beş istiqamətdə atəşkəs rejimini pozub.
Ermənistan silahlı qüvvələrinin bölmələri beş istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri beş istiqamətdə atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyi mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, erməni hərbçiləri iyunun 23-də saat 13:10-dan 13:25-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; 12:55-dən 13:20-dək, 15:05-dən 15:20-dək, 15:05-dən 15:40-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 10:00-dan 10:35-dək, 21:50-dən 22:10-dək, 22:50-dən 23:10-dək və iyunun 24-ü saat 01:00-dan 01:30-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 02:05-dən 02:25-dək və 02:20-dən 02:30-dək Ağdam rayonunun Kəngərli və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 03:45-dən 04:20-dək və 03:40-dan 04:15-dək Tərtər rayonunun Qızıloba və Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti