...

Yalnız tərəflərin istəyi və ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsini həll edə bilər – ATƏT sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2010 19:45 (UTC +04:00)
Yalnız iki faktın birliyi - ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti və Ermənistan və Azərbaycan tərəflərinin ləngiyən münaqişədən çıxış yolu tapmaq istəyi Dağlıq Qarabağ münaqişəsini həll edə bilər.
Yalnız tərəflərin istəyi və ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsini həll edə bilər – ATƏT sədri

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir V.Javoronkova/

Yalnız iki faktın birliyi - ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti və Ermənistan və Azərbaycan tərəflərinin ləngiyən münaqişədən çıxış yolu tapmaq istəyi Dağlıq Qarabağ münaqişəsini həll edə bilər. Bu barədə çərşənbə günü Astanada mətbuat konfransında ATƏT sədri Kanat Saudabayev deyib.

"Minsk qrupu bu məsələ ilə ardıcıl olaraq məşğul olur və biz ümid edirik ki, bu qrupun gələcək fəaliyyəti, xüsusən də hər iki tərəfin bu yubanan problemi həll etmək istəyi münaqişəni həll etməyə kömək edər", - Saudabayev qeyd edib.

Onun sözlərinə görə, Qazaxıstan ATƏT-in fəaliyyətdə olan sədri kimi, ilk gündən bu prosesə böyük töhfə vermək istəyir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti