Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, düşmən hərbçiləri avqustun 1-də saat 21:45-dən 21:55-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi; saat 23:20-dan 23:30-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi; saat 17:40-dan 17:45-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 18:30-dan 19:20-dək Daşkəsən rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 10:00-dan 10:15-dək, 21:50-dən 22:00-dək, 22:00-dan 22:15-dək və 23:30-dan 00:00-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; avqustun 2-də saat 00:50-dən 01:00-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 03:15-dən 03:25-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrnin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.