...

Erməni samboçu beynəlxalq turnirdə qondarma respublikanı deyil, Ermənistanı təmsil edib - Azərbaycan səfirliyi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Avqust 2010 17:13 (UTC +04:00)
Qazaxıstanda sambo üzrə beynəlxalq yarışmada qalib gələn samboçu Aşot Danielyan qondarma "Dağlıq Qarabağ respublikası"nın deyil, Ermənistanın bayrağı altında çıxış edib.
Erməni samboçu beynəlxalq turnirdə qondarma respublikanı deyil, Ermənistanı təmsil edib - Azərbaycan səfirliyi

Аzərbaycan, Bakı, 24 avqust /Trend, müxbir М.Əliyev/

Qazaxıstanda sambo üzrə beynəlxalq yarışmada qalib gələn samboçu Aşot Danielyan qondarma "Dağlıq Qarabağ respublikası"nın deyil, Ermənistanın bayrağı altında çıxış edib. Bu barədə Qazaxıstan İdman və Turizm Nazirliyindən Azərbaycanın bu ölkədə səfirliyinə verilən məlumatda deyilir.

Ermənistanın bəzi kütləvi informasiya vasitələrinin internet səhifələrində Qazaxıstanın Uralsk şəhərində sambo üzrə keçirilmiş beynəlxalq yarışmada qondarma "Dağlıq Qarabağ respublikası"nın vətəndaşı Aşot Danielyanın qalib gəlməsinə dair məlumatla əlaqədar səfirlik tərəfindən müvafiq araşdırmalar aparılıb.

Qazaxıstan İdman və Turizm Nazirliyindən əldə edilmiş məlumata əsasən, Danielyanın yarışmada Ermənistan bayrağı altında Ermənistan Respublikasını təmsil etdiyi və yarışma barədə məlumatın Qazaxıstanın rəsmi "westkaz.kz" saytında yerləşdirildiyi məlum olub.

Yarışma barədə daha ətraflı məlumatı http://www.westkaz.kz/?action=fnews&pid=3500§ion=&module=xnews〈=ru

unvanından alına bilər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti