Azərbaycan, Bakı, 3 sentyabr /Trend/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 2-də saat 10:30-dan 11:30-dək fasilələrlə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 23:40-dan 23:50-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən; sentyabrın 3-də saat 00:20-dən 00:45-dək Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.