...

Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Sentyabr 2010 09:57 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 6-da saat 19:45-dən 21:10-dək və 23:30-dan 23:50-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar və Mosesqerx kəndlərində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi;

- saat 14:00-dan 15:00-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 13:30-dan 13:55-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 15:30-dan 15:45-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:10-dan 23:35-dək və 23:20-dən 23:40-dək Füzuli rayonu Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 23:05-dən 23:40-dək Cəbrayıl rayonu Çaxırlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 17:30-dan 17:50-dək, 22:05-dən 22:40-dək, 22:45-dən 23:07-dək; sentiyabrın 7-də saat 01:05-dən 01:30-dək, 05:50-dən 06:05-dək fasilələrlə Ağdam rayonunun Qaraqaşlı, Sarıcalı, Kəngərli, Surabad, Şıxlar və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub

Xəbər lenti

Xəbər lenti