...

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni tikinti məsələsini öyrənəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Sentyabr 2010 18:35 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri sentyabrın sonunda Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə Qubadlı, Zəngilan rayonlarında, eləcə də Xankəndi və Şuşada qeyri-qanuni tikinti məsələsi ilə bağlı vəziyyəti öyrənmək məqsədilə səfər edəcəklər.
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni tikinti məsələsini öyrənəcəklər

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir M.Əliyev/

ATƏT-in Minsk qrupunun həmsədrləri sentyabrın sonunda Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə Qubadlı, Zəngilan rayonlarında, eləcə də Xankəndi və Şuşada qeyri-qanuni tikinti məsələsi ilə bağlı vəziyyəti öyrənmək məqsədilə səfər edəcəklər. Bu barədə çərşənbə axşamı jurnalistlərə Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Fərhad Bədəlbəyli icmanın həmsədrlərlə görüşü başa çatdıqdan sonra bildirib.

"Biz işğal olunmuş ərazilərdə qeyri-qanuni tikinti ilə bağlı etirazımızı bildirdik. Həmsədrlər bununla əlaqədar Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməyə və vəziyyətlə yerində tanış olmağa hazırlaşdıqlarını bildiriblər", - Bədəlbəyli qeyd edib.

"Azərbaycan icması həmsədlərdən işğal olunmuş ərazilərə səfər edəcək nümayəndə heyətinin tərkibinə Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin daxil edilməsini də tələb edib", - Bədəlbəyli deyib.

ATƏT-in Minsk qrupunun Fransa, Rusiya və ABŞ-dan olan həmsədrləri Bakıda səfərdədirlər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti