...

Ermənistan silahlı qüvvələri son iki gündə bir neçə istiqamətdə atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Sentyabr 2010 10:12 (UTC +04:00)
Ermənistan silahlı qüvvələri son iki gündə bir neçə istiqamətdə atəşkəsi pozublar
Ermənistan silahlı qüvvələri son iki gündə bir neçə istiqamətdə atəşkəsi pozublar

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir M.Əliyev/

Ermənistan silahlı qüvvələri son iki gündə bir neçə istiqamətdə atəşkəsi pozublar.

Müdafiə Nazirliyi mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 20-də saat 18:20-dən 18:45-dək Ermənistan Respublikası Noyenberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Həmçinin, saat 09:25-dən 10:25-dək Daşkəsən rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;  saat 15:45-dən 16:15-dək və 20:20-dən 20:55-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;  saat 23:20-dən 23:30-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 14:45-dən 15:10-dək, 18:45-dən 19:00-dək, 23:00-dan 23:35-dək və sentyabrın 21-də saat 00:40-dan 01:15-dək Tərtər rayonunun Seysulan, Çaylı və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən  Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti