...

Azərbaycanın işğal olunmuş bölgələrində ermənilərin məskunlaşma cəhdləri siyasi məqsəd daşıyır - hakim partiya

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Oktyabr 2010 11:14 (UTC +04:00)
Azərbaycanın işğal olunmuş bölgələrində ermənilərin məskunlaşma cəhdləri siyasi məqsəd daşıyır.
Azərbaycanın işğal olunmuş bölgələrində ermənilərin məskunlaşma cəhdləri siyasi məqsəd daşıyır - hakim partiya

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın işğal olunmuş bölgələrində ermənilərin məskunlaşma cəhdləri siyasi məqsəd daşıyır. Bunu çərşənbə günü hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində partiyanın icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

"Faktiki Ermənistanın özündə əhali o qədər azdır ki, dövlət rəhbərliyi öz ərazisində məskunlaşdırma həyata keçirə bilmir. Belə olan halda, Ermənistanın gəlib bu torpaqlarda evlər tikməyə cəhd göstərməsinin yalnız siyasi məqsəd daşıdığını söyləmək mümkündür. Bununla da dünyaya göstərmək istəyirlər ki, burada yaşayan var", - o bildirib.

Qurbanlının sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan müxtəlif qanunsuz hərəkətlərə yol verir - tarixi abidələri dağıdır, ətraf mühiti çirkləndirir, ekoloji sistemi pozur və qanunsuz məskunlaşma yaratmağa cəhd göstərir.

YAP icra katibinin müavini qeyd edib ki, qiymətləndirmə missiyasının aşkarlayacağı faktlar ATƏT çərçivəsində müzakirəyə çıxarıldıqda, Azərbaycan tərəfinin deməyə kifayət qədər sözü olacaq.

"Ermənilərin məskunlaşdırma hərəkəti münaqişənin həllinə qarşı çıxmaq, sülh danışıqlarına qarşı çıxmaqdır. Azərbaycan tərəfi bu faktları ortaya qoyaraq, bunun beynəlxalq hüquqa zidd olduğunu bir daha bəyan edəcək", - Qurbanlı vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti