...

Yəhudi icmaları Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqq işini daha fəal müdafiə edə bilərlər - Dövlət Komitəsinin sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Oktyabr 2010 15:55 (UTC +04:00)
Yəhudi icmaları Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqq işini daha fəal müdafiə edə bilərlər.
Yəhudi icmaları Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqq işini daha fəal müdafiə edə bilərlər - Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Yəhudi icmaları Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqq işini daha fəal müdafiə edə bilərlər. Trend-in məlumatına görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Bakıda Keçmiş Sovet Yəhudiləri Milli Konfransının (NCSJ) sədri Riçard Stounu və onu müşayiət edən şəxsləri qəbul edərkən deyib.

"Monoetnik dövlət olan, tolerantlıq mədəniyyətinə yad Ermənistan Azərbaycanın Dağlıq Qarabağında və ətraf yeddi rayonunda təcavüzkarlıq siyasətini davam etdirir, torpaqlarımızı işğal altında saxlayır. Dünya ictimaiyyəti, xüsusilə də yəhudi icmaları bu problemin həllində Azərbaycanın haqq işini daha fəal müdafiə edə bilərlər", - Orucov deyib. Məlumatı cümə axşamı Dövlət Komitəsinin mətbuat xidməti yayıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti