...

Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü başlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2010 17:02 (UTC +04:00)
Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri - İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması yollarının müzakirə olunduğu üçtərəfli görüşü başlayıb.
Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü başlayıb

Rusiya, Həştərxan, 27 oktyabr /Trend, xüsusi müxbir V.Tyukayev/

Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri - İlham Əliyev, Dmitri MedvedevSerj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması yollarının müzakirə olunduğu üçtərəfli görüşü başlayıb.

Rusiya Prezidentinin mətbuat katibi Nataliya Timakovanın sözlərinə görə, görüşdən sensasiya gözləməyə dəyməz.

"Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi tərəflərinin planlı "saatların yoxlanması" təşkil olunacaq", - Timakova jurnalistlərə deyib.

Bu artıq dövlət başçılarının üçtərəfli formatda üçüncü görüşüdür. Sonuncu dəfə Azərbaycan, Rusiya, Ermənistan prezidentlərinin bu ilin iyununda Sankt-Peterburqda görüşü olub. Bundan əvvəl prezidentlər bu formatda yanvarda Soçidə görüşmüşdülər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti