...

Qazaxıstan ATƏT sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə fəal səylər göstərir – Məclisin spikeri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2010 09:00 (UTC +04:00)
Qazaxıstan tərəfdən Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqazda vəziyyətin sabitləşməsi üzrə Cenevrə danışıqları çərçivəsində fəal vasitəçilik səyləri göstərilir.
Qazaxıstan ATƏT sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə fəal səylər göstərir – Məclisin spikeri

Qazaxıstan, Astana, 28 oktyabr /Trend, müxbir A.Maratov/

Qazaxıstan tərəfdən Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqazda vəziyyətin sabitləşməsi üzrə Cenevrə danışıqları çərçivəsində fəal vasitəçilik səyləri göstərilir. Bu barədə bü gün Qazaxıstan Məclisinin sədri Ural Məhəmmədjanov Sankt-Peterburqda beynəlxalq parlament konfransında "ATƏT və MDB: yeni imkanlar və perspektivlər" məruzəsi ilə çıxışında deyib.

"ATƏT sədri vəzifəsində Qazaxıstanın göstərdiyi səylər sayəsində, ilk dəfə olaraq son bir neçə ildə müvafiq siyasi qərarların əldə olunması zamanı sülhməramlı qüvvələrin göndərilməsi ilə məşğul olan yüksək səviyyəli ekspertlərdən ibarət planlaşdırma qrupunun səfərlərini bərpa etmək mümkün olub", - Məhəmmədjanov qeyd edib.

O, daha bir dondurulmuş münaqişə - Dnestryanı münaqişənin həlli üçün atılmış addımları da xatırladıb.

"Cari ilin mayında ATƏT-in fəaliyyətdə olan sədrinin himayəsi altında Dnestryanı problem üzrə "5+2" formatında məsləhətləşmələr aparılıb, - o bildirib.

Məclis sədri qeyd edib ki, Astana bütün münaqişələrin, bütün dialoq tərəflərinin maraqları nəzərə alınmaqla, müstəsna olaraq sülh və diplomatik vasitələrlə həqiqiq nizamlanmasına tərəfdardır.

Xəbər lenti

Xəbər lenti