...

Azərbaycan ərazilərinin işğalına məhəl qoymamaq qeyri-mümkündür - Türkiyə Prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Noyabr 2010 09:47 (UTC +04:00)

Azərbaycan ərazilərinin işğalına məhəl qoymamaq qeyri-mümkündür. Bu barədə bazar ertəsi Londonda beynəlxalq münasibətlər Kral institutunda çıxış edən Türkiyə Prezidenti Abdulla Gül  bildirib.

"Hətta Ermənistanın özü bilir ki, bu ərazilər ona məxsus deyil", - Gül bildirib. Bu barədə Türkiyе qazetinin internet saytında məlumat yayılıb.

Gülün sözlərinə görə Ermənistanın müstəqilliyini tanımış ilk ölkələrdən birinin Türkiyənin olmasına baxmayaraq iki ölkələr arasında müəyyən problemlər qalmaqda davam edir.
 
Son bir-iki il ərzində biz  onların həll edilməsi üçün böyük səy göstərirdik və bunu etməyə davam edəcəyik", - Abdulla Gül deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Türkiyənin siyasi liderləri dəfələrlə bəyan ediblər ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həll edilməsindən birbaşa asılıdır.

Xəbər lenti

Xəbər lenti