...

ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi artıra biləcək ritorikadan qaçmağa çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Noyabr 2010 10:39 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərini "dialoqda qalmaq və gərginliyi artıra biləcək ritorikadan qaçmağa çağırır".
ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi artıra biləcək ritorikadan qaçmağa çağırır

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir R.Dərəxşan/

ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərini "dialoqda qalmaq və gərginliyi artıra biləcək ritorikadan qaçmağa çağırır". Bu barədə cümə axşamı brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini vəzifəsini yerinə yetirən Mark Toner deyib.

Dağlıq Qarabağ məsələsində ritorikanın fəallaşması, xüsusilə də Ermənistan Prezidentinin məsələni "birdəfəlik" hərb yolu ilə həll etmək təhdidləri barədə jurnalistin sualını cavablandıran Toner bəyan edib ki, ABŞ əvvəlki kimi Minsk prosesində iştirak edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti