...

Separatçı rejim Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlimlər keçiirlməsi faktını təsdiqləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Fevral 2011 13:38 (UTC +04:00)
Komanda-qərargah təlimləri bazar ertəsi Azərbaycanın Dağlıq Qarabağ separatçı regionunda başlayıb.
Separatçı rejim Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlimlər keçiirlməsi faktını təsdiqləyib

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlimlərin keçirilməsi faktını təsdiqləyib.

Təlimlər fevralın 19-dək davam edəcək. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti