...

ATƏT-də sədrlik edən Litva Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərinə kömək edir - xüsusi nümayəndə

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Fevral 2011 13:50 (UTC +04:00)
Litva ATƏT-ə sədrlik edən ölkə kimi, Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərinə tamamilə kömək edəcək.
ATƏT-də sədrlik edən Litva Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərinə kömək edir - xüsusi nümayəndə

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Litva ATƏT-ə sədrlik edən ölkə kimi, Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərinə tamamilə kömək edir. Trend-in məlumatına görə, bu barədə "168 jam" qəzetinə müsahibəsində ATƏT sədrinin yubanmış münaqişələr üzrə xüsusi nümayəndəsi Gedryus Çekuolis deyib. "News.am" xəbər verib.

Onun sözlərinə görə, Litva ATƏT-in sədri kimi, bu məsələ ilə bağlı Minsk qrupu ilə sıx əməkdaşlıq edir. "Mən əminəm ki, biz münaqişənin həlli yoluna nail olmaq istiqamətində birgə işi davam etdirəcəyik", - Çekuolis qeyd edib. Bununla yanaşı, xüsusi nümayəndə Litva Seyminin müraciətində olan Dağlıq Qarabağla bağlı qətnaməni şərh etməkdən imtina edib, çünki o, hələ ki qəbul edilməyib.

"Cənubi Qafqazdakı münaqişələr regionun inkişafına mane olur. Bu baxımdan biz Ermənistan və Azərbaycanı BMT Nizamnaməsi və Helsinki Aktı əsasında münaqişənin həlli yollarını tezliklə tapmağa çağırırıq. Münaqişənin dinc həllinin alternativi yoxdur və Litva ATƏT-də sədrlik edən ölkə kimi, tərəfləri problemin güc tətbiq edilmədən həllinə hazır olmalarını təsdiq etmək üçün çağırmaq niyyətindədir", - Çekuolis bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti