...

Xocalı qurbanları unudulmamalıdırlar - ABŞ senatoru

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2011 13:19 (UTC +04:00)
Xocalı faciəsinin qurbanları - kişilər, qadınlar və uşaqlar - unudulmamalıdırlar. Trend-in məlumatına görə, amerikalı senator Kent Konrad ABŞ-dakı Azərbaycan diasporunun nümayəndəsi Fariz Hüseynliyə məktubunda bildirib.
Xocalı qurbanları unudulmamalıdırlar - ABŞ senatoru

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Xocalı faciəsinin qurbanları - kişilər, qadınlar və uşaqlar - unudulmamalıdırlar. Trend-in məlumatına görə, amerikalı senator Kent Konrad ABŞ-dakı Azərbaycan diasporunun nümayəndəsi Fariz Hüseynliyə məktubunda bildirib.

"Etnik münaqişələr asan olmur, lakin düşmənçilik edən tərəflər heç bir halda mülki əhaliyə qarşı güc tətbiq etməməlidirlər. Azərbaycanın çoxsaylı mülki şəxsləri erməni qoşunlarının Xocalıya hücumu nəticəsində öldürülüb", - Şimali Dakotadan demokrat-senator Konradın məktubunda deyilir.

1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilib.

Xəbər lenti

Xəbər lenti