...

Azərbaycan və Rusiyanın münasibətləri diplomatik prosedurlar çərçivəsindən çox kənara çıxır - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2011 12:42 (UTC +04:00)
Azərbaycan və Rusiya arasındakı münasibətlər" diplomatik prosedurların çərçivəsindən çox kənara çıxır, onlar iki ölkə əhalisinin ən geniş təbəqələrinin başlıca maraqlarına hörülüb".
Azərbaycan və Rusiyanın münasibətləri diplomatik prosedurlar çərçivəsindən çox kənara çıxır - səfir

Azərbaycan və Rusiya arasındakı münasibətlər" diplomatik prosedurların çərçivəsindən çox kənara çıxır, onlar iki ölkə əhalisinin ən geniş təbəqələrinin başlıca maraqlarına hörülüb". Bu fikirlə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu günlərdə diplomatik münasibətlərin qurulmasının 19 illiyi ilə əlaqədar çıxış edib.

"Məhz bu əsas şərait sayəsində keçmiş illər ərzində hazırda ikitərəfli münasibətlərin əsl mehriban qonşuluq ruhuyla şərtlənməsinə nail olmaq mümkün olub", - Trend-in məlumatına görə, səfir İTAR-TASS-ın müxbiri ilə söhbətində bildirib.

Səfirin fikrincə, "Yaranmış qarşılıqlı anlaşma, etimad və konstruktiv dialoq mühiti" nəticəsində 2010-cu ilin sentyabrında iki ölkə prezidentlərinin Bakıda Azərbaycan və Rusiya arasında dövlət sərhədlərinin delimitasiyası haqqında tarixi müqaviləni imzalamaları, hər iki ölkə ərazisində diplomatik missiyaların yerləşdirilməsi şərtlərinə dair bu yaxınlardakı razılaşma mümkün olub.

"Lakin dövlətlər və cəmiyyətlər arasındakı əlaqələr son dərəcə siyasi və ya iqtisadi maraqların meyarları ilə deyil, həm də humanitar, bilavasitə milyonlarla insanın taleyinə toxunan müstəvi ölçüləri ilə müəyyən edilir. Yüz minlərlə rus nəsildən nəsilə onlar üçün Vətən olan Azərbaycanda yaşayıb. Yüz minlərlə azərbaycanlı Rusiyada yaşayır. Və bu münasibətlərimizi möhkəmlədən ümumi sərvətimizdir", - Polad Bülbüloğlu əmindir.

"Əminəm ki, biz belə münasibətlərin qədrini bilməliyik və onları qorumalıyıq, insanlar arasındakı əlaqələr üçün əlverişli mühiti təmin etməliyik. Talelərin canlı məkanında bəzən ani siyasi konyukturanın xeyrinə qəbul edilən və bu əlaqələri pozmağa yönəldilən istənilən cəhd təhlükəli təzahür kimi qəbul edilməlidir, onlarla həm dövlət, həm də ictimai səviyyədə mübarizə aparılmalıdır", - səfir qeyd edib.

Azərbaycanlı səfirin fikrincə, eyni zamanda "ikitərəfli əlaqələrin zəngin potensialının hərtərəfli açılışı Ermənistan-Azərbaycan münaqişəsi nizamlanmadan və onun ağır nəticələri aradan qaldırılmadan mümkün deyil".

"Hesab edirəm ki, Rusiya Minsk qrupunun həmsədri kimi son illərdə bu istiqamətdə nisbətən daha çox aktivlik göstərərək, bu münaqişənin nizamlanmasında müəyyənedici rol oynaya bilər", - o qeyd edib. Bununla əlaqədar səfir RF prezidenti Dmitri Medvedevin ardıcıl olaraq həyata keçirdiyi Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərini üçtərəfli görüşünün təşkili ilə bağlı təşəbbüslərinə diqqət çəkib.

"İndi bu uzanan və son dərəcə təhlükəli potensiala malik münaqişənin sülh yolu ilə nizamlanmasına nail olunacağına ümidlər məhz bu proseslərlə bağlıdır", - Polad Bülbüloğlu deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti