...

Azərbaycanın müdafiə naziri cəbhə xəttində ordunun döyüş hazırlığı ilə tanış olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Aprel 2011 16:26 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri Səfər Əbiyev cəbhə xəttindəki hərbi hissələrə baş çəkib və ordunun döyüş hazırlığı ilə tanış olub. Bu barədə çərşənbə günü Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumat verib.
Azərbaycanın müdafiə naziri cəbhə xəttində ordunun döyüş hazırlığı ilə tanış olub

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev cəbhə xəttindəki hərbi hissələrə baş çəkib və ordunun döyüş hazırlığı ilə tanış olub. Bu barədə çərşənbə günü Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumat verib.

Nazir Ağdam rayonundakı hərbi hissələrin şəxsi heyəti və əsgərləri ilə görüşüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti