...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Aprel 2011 10:05 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi pozub

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşmən hərbçiləri aprelin 15-də saat 21:30-dan 21:40-dək və 22:00-dan 22:11-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen və Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 12:30-dan 12:35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 12:10-dan 12:15-dək və aprelin 16-da 02:10-dan 02:15-dək Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti