...

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması NATO PA-nın payız sessiyasında müzakirə oluna bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 May 2011 14:39 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması NATO Parlament Assambleyasının payız sessiyasının gedişində müzakirə oluna bilər.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması NATO PA-nın payız sessiyasında müzakirə oluna bilər

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması NATO Parlament Assambleyasının payız sessiyasının gedişində müzakirə oluna bilər. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə birinci vitse-spiker, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

"Hərçənd ki, payız sessiyasının gedişində bu məsələnin müzakirəsi planlaşdırılmır, lakin biz bu məsələni NATO PA-nın payız sessiyasının gündəliyinə daxil etməyə çalışacağıq", - Əsgərov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti