Azərbaycan, Bakı, 8 iyun /Trend/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 7-də saat 21.30-dan 21.45-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən və iyunun 8-də saat 00.10-dan 00.30-dək Ağdam rayonunun Qaraqaşlı və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
