...

Elmar Məmmədyarov: Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə intensiv işləmək fikrindədirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyun 2011 17:19 (UTC +04:00)
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşü bu formatda keçirilən ən uzun görüş oldu. Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Kazan görüşünü şərh edərkən Trend-ə bildirib
Elmar Məmmədyarov: Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə intensiv işləmək fikrindədirlər

Azərbaycan, Bakı, 25 iyun / Trend, müxbir E.Tarıverdiyeva /

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşü bu formatda keçirilən ən uzun görüş oldu. Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Kazan görüşünü şərh edərkən Trend-ə bildirib.

"Münaqişənin nizamlanması üzrə irəliləyişin əldə olunması yolunda əngəl olan problemli məsələlərin müzakirəsi keçirildi. Təəssüf ki, bəzi prinsipial məsələlərdə biz hələlik kompromis əldə edə bilmədik, çünki erməni tərəfi yeddi il bundan əvvəl başlamış danışıqlar prosesinin mahiyyətini təhrif edərək Azərbaycandan maksimum güzəşt tələb edir", - nazir deyib.
Onun sözlərinə görə, bununla yanaşı prezidentlər mövqelərin yaxınlaşdığı nöqtəni tapmağı davam etdirmək barədə razılığa gəliblər.

Prezidentlərin Kazandakı görüşündən sonra Ermənistan XİN-in verdiyi bəyanata dair suala cavab verən Məmmədyarov deyib ki, faktların və sənədlərin yenidən araşdırılması gedir. "Çünki Azərbaycan 2009-cu ildə Afinada ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəsmən təqdim etdikləri yenilənmiş Madrid sənədini qəvul etdiyini bəyan edərkən erməni tərəfi susmuşdu və Ermənistan yenilənmiş Madrid sənədinin əsaslandığı işçi sənədin bir çox versiyalarının birindən danışır.

Mən Ermənistan XİN-ə tövsiyə etmək istərdim ki, piarla məşğul olmasınlar, Minsk Qrupu həmsədr ölkələrin liderlərinin çağırdıqları yaranmış neqativ status-kvonun dəyişdirilməsi üzərində intensiv işləsinlər.

Prezidentlərin görüşünün yekunları üzrə məndə elə bir təəssürat yarandı ki, onlar bu istiqamətdə intensiv işləmək fikrindədirlər", - Azərbaycanın xarici işlər naziri deyib.

Xəbər lenti

Xəbər lenti