...

ATƏT sədri Minsk qrupu ilə Qarabağ problemini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyul 2011 13:09 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis iyunun 12-də qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşüb.
ATƏT sədri Minsk qrupu ilə Qarabağ problemini müzakirə edib

Azərbaycan, Bakı, 13 iyul /Trend/

ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis iyunun 12-də ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtkeİqor Popov, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşüb. Trend-in məlumatına görə, bu barədə təşkilatın saytı xəbər verib.

Ajubalis Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda irəliləyişin əldə olunması üçün Minsk qrupu həmsədrlərinin səylərinə dəstəyini ifadə edib və vətəndaş cəmiyyətinin etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsinə daha çox cəlb edilməsinə çağırıb.

"Bu, münaqişənin həllinə öz töhfəsini verəcək və cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsinə yardım edəcək", - o deyib.

ATƏT-in Minsk qrupunun həmsədrləri Ajubalisi iyunun 24-də Kazanda keçirilən və Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanması üçün əsas ola biləcək baza prinsipləri haqqında razılaşmanın əldə edilməsinə cəhd edilən Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü barədə məlumatlandırıblar. Onlar habelə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini və ilin sonunadək keçirilməsi planlaşdırılan daşınıqlarla bağlı təşəbbüsləri müzakirə ediblər.

Kazanda keçirilən müzakirələrin yekunları üzrə Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyana son vaxtlar üç prezidentin formatında və ATƏT-in Minsk qrupu həmsədrlərinin - ABŞ, Rusiya və Fransanın nümayəndələrinin iştirakı ilə müzakirə olunan Dağlıq Qarabağ məsələsinin həllinin görüntüləri haqqında təkliflə məktub hazırlayıb.

Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər. Son üç il ərzində sayca doqquzuncu olan bu görüş nizamlamanın əsas prinsipləri üzrə razılaşma əldə olunmadan başa çatıb. Birgə bəyanatda tərəflər yalnız bu məqsədə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti