...

Obama çərçivə sazişinin əldə olunması üçün Qarabağ münaqişəsi tərəflərinə kömək etməklə bağlı ABŞ-ın öhdəliyini qeyd edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2011 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

ABŞ Prezidenti Barak Obama Vaşinqtonda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrova Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə göstərdiyi səylərə görə təşəkkürünü bildirib. Trend-in məlumatın görə, bu barədə Ağ Evin saytı xəbər verir.

Obama çərçivə sazişinin əldə olunması üçün Dağlıq Qarabağ münaqişəsi tərəflərinə kömək etməklə bağlı ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri qismində öhdəliyini bir daha qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti