...

Minsk qrupu yaxın günlərdə Ermənistandan Rusiya Prezidentinin təklifinə cavab alacağına ümid edir - İqor Popov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyul 2011 13:06 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın günlərdə Ermənistandan Rusiya Prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təklifinə cavab alacaqlarına ümid edirlər.
Minsk qrupu yaxın günlərdə Ermənistandan Rusiya Prezidentinin təklifinə cavab alacağına ümid edir - İqor Popov

Azərbaycan, Bakı, 18 iyul /Trend/

ATƏT-in Minsk qrupunun həmsədrləri yaxın günlərdə Ermənistandan Rusiya Prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təklifinə cavab alacaqlarına ümid edirlər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Ermənistanın xarici işlər naziri ilə görüşdən sonra bildirib. Məlumatı ARKA yayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 8-də Azərbaycan və Ermənistan prezidentləri İlham ƏliyevSerj Sarkisyana RF Prezidenti Dmitri Medvedevin təklif və məktubunu təqdim edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti