...

Ermənistan prezidenti İranın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Avqust 2011 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Ermənistan prezidenti İranın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyib.

Ermənistan prezidenti Serj Sarkisyan İranın bu ölkədəki səfirini qəbul edib. Görüşdə Sarkisyan İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı balanslı mövqeyinə görə bu ölkəyə təşəkkürünü bildirib. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verir.

İran səfiri Əli Saqayan Qarabağ münaqişəsinin region ölkələrinin əməkdaşlığı çərçivəsində həllinin ən yaxşı yol olduğunu vurğulayıb və İranın bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Sarkisyan İran və Ermənistan arasında ticarət dövriyyəsinin artdığından məmnunluğunu dilə gətirib və bunun daha da artmasını arzulayıb.

Səfir İran və Ermənistan arasında ticarət dövriyyəsinin cari ilin ilk altı ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artdığını deyib.

Xəbər lenti

Xəbər lenti