...

Elmar Məmmədyarov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlardan imtina etməyəcək (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Sentyabr 2011 13:26 (UTC +04:00)
Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlardan imtina etməyəcək.
Elmar Məmmədyarov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlardan imtina etməyəcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlardan imtina etməyəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü barədə məlumatım yoxdur. Bu barədə mətbuatdan öyrənmişəm. Təsdiqləyə bilərəm ki, Azərbaycan Dağlıq Qarabağ ətrafındakı danışıqları davam etdirməyə hazırdır", - nazir deyib.

Onun sözlərinə görə, bu günədək danışıqlar prosesində çox işlər görülüb.

"Mən kiminsə Azərbaycanın danışıqlar prosesindən imtina etdiyini deyərək, təbliğatla məşğul olmasını istəmirəm. Münaqişənin nizamlanması mərhələli əsasda, Madrid prinsipləri bazasında baş tutmalıdır", - Məmmədyarov deyib.

Nazir əminliyini bildirib ki, vaxt gələcək, Ermənistan ordusu işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti