...

UNICEF azərbaycanlı uşaqların ermənilər tərəfindən öldürülməsini pisləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Sentyabr 2011 14:06 (UTC +04:00)
UNICEF azərbaycanlı uşaqların ermənilər tərəfindən öldürülməsini pisləyib.
UNICEF azərbaycanlı uşaqların ermənilər tərəfindən öldürülməsini pisləyib

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir T.Hacıyev/

UNICEF azərbaycanlı uşaqların ermənilər tərəfindən öldürülməsini pisləyib.

"Biz UNİCEF-in Azərbaycan nümayəndəliyi olaraq, bu cür ölüm hallarını qəti şəkildə pisləyir və çox məyus olduğumuzu bildiririk. Çünki hər hansı bir uşağın ölümü bu cür zorakılıqla baş veribsə, bu çox böyük bir faciədir. Ona görə də biz bunu kəskin şəkildə pisləyirik", - Trend-in məlumatına görə, cümə günü jurnalistlərə açıqlamasında UNİCEF-in Bakı ofisinin rəhbəri Mark Herevard bildirib.

Bu il martın 8-də Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu mövqelərindən Ağdam rayonunn Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovu öz evlərinin həyətində oynayan zaman snayperlə hədəfə alaraq qətlə yetiriblər.

Bu ilin iyulunda isə Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb. Partlayıcı qurğu quraşdırılmış "itəbənzər" uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.

Xəbər lenti

Xəbər lenti