...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Sentyabr 2011 10:34 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəsi pozub.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəsi pozub.

Düşmən hərbiçilər sentyabrın 6-da saat 16:00-dan 16:15-dək Ermənistanın Berd rayonunun Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi, saat 21:30-dan 21:40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21:40-dan 21:50-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19:20-dən 19:30-dək, 23:20-dən 23:40-dək, 23:45-dən 00:00-dək və sentyabrın 7-də saat 00:05-dən 00:30-dək Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti