Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Ermənistan silahlı qüvvələri ATƏT-in qoşunların təmas xəttində monitorinq keçirəcəyi ərəfədə bir neçə istiqamətdə atəşkəsi pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 12-də saat 18.20-dən 18.25-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Məlumatda qeyd olunub ki, həmin gün saat 23.20-dən 23.30-dək və 23.40-dan 23.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Tovuz rayonunun Koxanəbi kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Ermənistan silahlı qüvvələri ATƏT-in monitorinq keçirəcəyi ərəfədə bir neçə istiqamətdə atəşkəsi pozub
Ermənistan silahlı qüvvələri ATƏT-in qoşunların təmas xəttində monitorinq keçirəcəyi ərəfədə bir neçə istiqamətdə atəşkəsi pozub
