...

Azərbaycan asılı Ermənistandan fərqli olaraq, güclü və müstəqil dövlətdir - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Noyabr 2011 20:37 (UTC +04:00)
Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına (TŞ) qəbul edilməsi öz-özlüyündə xəbər verir və onu göstərir ki, Azərbaycan dünyanın əksər ölkələrinin dəstəyinə malikdir.
Azərbaycan asılı Ermənistandan fərqli olaraq, güclü və müstəqil dövlətdir - XİN

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına (TŞ) qəbul edilməsi öz-özlüyündə xəbər verir və onu göstərir ki, Azərbaycan dünyanın əksər ölkələrinin dəstəyinə malikdir. Bu barədə cümə axşamı Trend-ə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın mülahizələrini şərh edərkən Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev deyib.

"Mən Nalbandyanı Yerevanın "hər hansı bir əsəbi qıcıqlanma olmadan balanslaşdırılmış və sakit siyasəti" davam etdirmək niyyəti münasibətilə təbrik edirəm. Bu həmin siyasətdir ki, ölkə rəhbərliyi onun köməyi ilə acınacaqlı demoqrafik vəziyyətdə olan Ermənistanı heç yerə aparmayan müflis iqtisadiyyat yürüdür", - Abdullayev bildirib.

XİN rəsmisi qeyd edib ki, Azərbaycan digər dövlətin forpostu olan asılı Ermənistandan fərqli olaraq, bu gün güclü və müstəqil dövlətdir.

"Qoy hamı əmin olsun ki, Dağlıq Qarabağ münaqişəsi həll ediləcək, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad ediləcək və ölkəmizin suverenliyi bərpa olunacaq", - Abdullayev deyib.

Ermənistan Azərbaycanın BMT TŞ-yə üzv olmasına görə ciddi ziyan görməyəcək. Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan belə hesab edir.

"Son zamanlar bu məsələ barədə, xüsusən, Dağlıq Qarabağ məsələsinin BMT TŞ formatına gətirilməsi kontekstində kifayət qədər emosional bəyanatlar səsləndirilir. Lakin hisslərə qapılmaq və Ermənistanın ciddi ziyan gördüyünü və ya görəcəyini hesab etmək lazım deyil", - Nalbandyan Ermənistanın "2012-ci il dövlət büdcəsi layihəsi"nin müzakirəsi zamanı Milli Yığıncaqda deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti