...

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinin tarixi müəyyənləşib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Noyabr 2011 11:51 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın 28-də Yerevana gələcəklər. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" agentliyinə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinin tarixi müəyyənləşib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın 28-də Yerevana gələcəklər. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" agentliyinə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib.

"Səfər çərçivəsində həmsədrlərin Ermənistan Prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşləri keçiriləcək", - Balayan deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti