...

Dağlıq Qarabağın erməni icmasının nümayəndələri Berlində nəzərdə tutulan görüşə gəlməyiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2011 09:53 (UTC +04:00)
Dağlıq Qarabağın erməni icmasının nümayəndələri Berlində nəzərdə tutulan görüşə gəlməyiblər
Dağlıq Qarabağın erməni icmasının nümayəndələri Berlində nəzərdə tutulan görüşə gəlməyiblər

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağın erməni icmasının nümayəndələri Berlində nəzərdə tutulan görüşə gəlməyiblər. "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyindən çərşənbə günü Trend-ə bildirblər ki, noyabrın 28-də Berlində "Dialoq Forum - Dağlıq Qarabağ. Dağlıq Qarabağdan olan azərbaycanlıların və ermənilərin görüşü" adlı tədbir keçirilib.

Məlumata görə, tədbirə dəvət olunan Dağlıq Qarabağın erməni nümayəndələri dialoqda iştirak üçün razılıq versələr də, tədbirə qatılmaqdan imtina ediblər.

Tədbir Azad Berlin Universitetinin Xəzər Araşdırmaları Mərkəzi, "Avroqafqaz" cəmiyyəti, Alman-Azərbaycan Forumunun təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Azərbaycan tərəfdən Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri, deputatlar Rövşən Rzayev, Rasim Musabəyov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Effektiv Təşəbbüslər Mərkəzinin əməkdaşı Anar Usubov, Şuşa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov iştirak ediblər.

İcmanın nümayəndələri çıxışlarında Dağlıq Qarabağın azərbaycanlı əhalisinin münaqişənin həllindən sonra Azərbaycanın tərkibində erməni əhalisi ilə birgə yaşamağa hazır olduğunu bildiriblər.

Tədbirdə Ermənistandan olan nümayəndələr iştirak ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti