...

Azərbaycanda dekabr ayında 3 milyon kvadratmetrdən artıq ərazi minalardan təmizlənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Yanvar 2012 16:54 (UTC +04:00)
2011-ci ilin dekabr ayı ərzində 3,018,169 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Azərbaycanda dekabr ayında 3 milyon kvadratmetrdən artıq ərazi minalardan təmizlənib

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir E.Mehdiyev/

2011-ci ilin dekabr ayı ərzində 3,018,169 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Bu dövrdə 353 PHS və 8 ədəd tank/6 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin, əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 181,472,035 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 665,015-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Goranboy, Gədəbəy, Tərtər, Yevlax, Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda, Bakı şəhəri Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

2011-ci il ərzində ANAMA tərəfindən təmizləmə əməliyyatları Füzuli, Ağcabədi, Tərtər, Xocavənd, Ağdam, Tovuz və Ağstafa rayonlarında aparılıb və 29,851,117 kvadratmetr ərazi təmizlənib, 24,507 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti