...

Rusiya və Ermənistan XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Yanvar 2012 23:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Edvard Nalbandyan çərşənbə axşamı Moskvada işçi görüş keçiriblər.

Trend-in Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, danışıqlar zamanı bir sıra vacib ikitərəfli məsələlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzrə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin qarşıdan gələn görüşünə hazırlıq məsələləri müzakirə olunub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti