Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Ermənistan silahlı qüvvələri atəşkəsi iki istiqamətdə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 20-də saat 16:30-dan 16:50-dək Ermənistanın İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, yanvarın 21-də saat 05:00-dan 05:15-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan silahlı qüvvələri atəşkəsi iki istiqamətdə pozub
Ermənistan silahlı qüvvələri atəşkəsi iki istiqamətdə pozub.
