Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 23-də saat 18:25-dən 18:30-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 21:05-dən 21:15-dək, yanvarın 24-də 00:40-dan 00:50-dək və 04:00-dan 04:10-dək Ağdam rayonunun Şıxlar və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01:30-dan 01:50-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir
Düşmən cavab atəşi ilə susdurulub.