...

Mübariz Əhmədoğlu: Fransa Dağlıq Qarabağ məsələsində ermənilərə təzyiqi artıracaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2012 17:28 (UTC +04:00)
Fransa Dağlıq Qarabağ məsələsində ermənilərə təzyiqi artıracaq.
Mübariz Əhmədoğlu: Fransa Dağlıq Qarabağ məsələsində ermənilərə təzyiqi artıracaq

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.Mehdiyev/

Fransa Dağlıq Qarabağ məsələsində ermənilərə təzyiqi artıracaq. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə axşamı keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, Dağlıq Qarabağın de-fakto rəhbəri Bako Saakyanın davranışında anlaşılmaz və ya çətin izah olunan addımlar müşahidə olunur.

"Dağlıq Qarabağa Dağlıq Qarabağ miqyasında vacib adamların gəldiyi bir vaxtda Saakyan gözlənilmədən Yunanıstana səfər etdi, orada erməni icmasının, Yunanıstanda fəaliyyət göstərən erməni kilsəsinin və "Daşnak" partiyasının rəhbərləri ilə görüşdü. Saakyanın belə azsaylı görüşləri haqqında erməni mətbu orqanları həmişə geniş təbliğat aparsalar da, bu dəfə yalnız qısa məlumatlar yayıldı", - Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Saakyan Yunanıstandakı görüşdən sonra "Hayastan" qəzetinə verdiyi müsahibədə iki sensasiyalı bəyanat verdi.

"Birincisi, Saakyan Dağlıq Qarabağın statusu müəyyənləşənədək bəzi torpaqların Azərbaycana qaytarılmasının mümkünlüyünü dilə gətirdi. İkincisi, Saakyan masa üzərində tənzimləmə variantının olduğunu bildirdi. Bu bəyanatlardan birincisi ermənilərin diqqətini cəlb edərək narazılıq yaratsa da, ikincisi diqqət çəkmədi", - Əhmədoğlu vurğulayıb.

O qeyd edib ki, bu vaxtadək bəzi Ermənistan rəhbərlərinin belə fikirlərini Dağlıq Qarabağda siyasət və ya danışıq xatirinə səsləndirilmiş, real əsası olmayan fikirlər kimi qəbul edirdilər.

"Lakin bu bəyanatın maliyyə baxımından hədsiz ciddi böhranla üzləşmiş Yunanıstanda erməni lobbisinin iştirakı ilə verilməsi Saakyanın manevr imkanlarını xeyli məhdudlaşdırır. Bu vaxtadək Dağlıq Qarabağ məsələsində erməni manevrlərinin mahiyyəti belə idi: Ermənistan rəhbərləri sərbəst danışıq manerasına malik idilər, amma hər şeyi gətirib Dağlıq Qarabağa bağlayırdılar: "Dağlıq Qarabağın razılıq vermədiyi heç bir sənəd qəbul edilməyəcək". İndi isə Serj Sarkisyanın iki il bundan qabaq manevr xatirinə dediklərini Saakyan təkrar etmək məcburiyyətindədir", - Əhmədoğlu vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqının İrana tətbiq etdiyi neft sanksiyalarından ən çox əziyyət çəkən ölkələrdən biri Yunanıstandır. Yunanıstan hər gün İrandan 100 min barel neft alır.

"İndi bu neftin Yunanıstandan asılı olmayan səbəblərdən kəsilməsi maliyyə böhranında olan ölkənin onsuz da çıxılmaz olan vəziyyətini daha da çətinləşdirə bilər. Fransa Prezidenti Azərbaycan Prezidentindən Yunanıstana neft verməyi, eləcə də bunu güzəştli şərtlərlə etməyi xahiş edə bilər", - Əhmədoğlu deyib.

O qeyd edib ki, Saakyanın Yunanıstan səfərindən sonra verdiyi bəyanatlar o mənaya gəlir ki, Azərbaycan Fransa Prezidenti Nikola Sarkozinin xahişilə Yunanıstana qarşı mövqeyini daha da yaxşılaşdıracaqsa, bunun əvəzində Sarkozi ermənilərə Dağlıq Qarabağ məsələsində təzyiqi artıracaq.

"Saakyanın verdiyi bəyanatlardan "Dağlıq Qarabağın statusu müəyyən olunanadək 7 rayonun Azərbaycana qaytarılmasına razılıq" prinsipinin əsas götürüldüyünü ehtimal etmək olar. Yunanıstan və Fransa Saakyanın Yunanıstanda nəşr olunan "Hayastan" qəzetinə verdiyi müsahibədə güzəştə getməyə hazır olduğunu deməsinə arxayın olmamalıdırlar. Vəd verib yerinə yetirməmək ermənilərin milli xüsusiyyətidir", - politoloq vurğulayıb.

Xəbər lenti

Xəbər lenti