Azərbaycan, Bakı, 23 fevral / Trend müxbir K.Zərbalıyeva/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iki istiqamətdə atəşkəsi pozub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşmən hərbiçilər fevralın 22-də saat 22:45-dən 22:47-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, fevralın 23-də saat 05:15-dən 05:30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəsi pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iki istiqamətdə atəşkəsi pozub.
